Bu dəfə qəhrəmanımız Səssiz dostlarıyla bir-birini güldürmə oyunu oynayır. Bildiyi bütün lətifələri danışdıqdan sonra, uşaqları güldürmək üçün dostu Daşqının dişlərini ələ salır.
Təbii ki, Daşqın çox üzülür və Səssizdən küsür. Onunla barışmaq üçün Səssiz Zaman maşını icad etməyə qərar verir. Bu ərəfədə daha əvvəl etdiyi icadlardan da bizə danışır.
Anaların ən çox ehtiyacı olan «pərdə asmaq maşını» , «paxlava xəmiri yaymaq üçün icad», «tozları silmək üçün icad» və daha bir çox ixtiralar…
Bu icadları edərkən Səssiz çoox gülməli hadisələr yaşayır. Sonda isə Daşqınla barışmaq üçün ondan yalnız üzr istəməyin kifayət olduğunu anlayır.
Diqqət, icad çıxa bilər!
Məhsul sizə təhvil verildikdən sonra 24 saat ərzində geri qaytara, 48 saat ərzində isə dəyişdirə bilərsiniz.
Məhsulları Boomerang Book Club ünvanımıza yaxınlaşaraq əldə edə bilərsiniz. Bundan başqa isə,
- Metrodaxili çatdırılmalar 1 AZN,
- Birbaşa ünvana çatdırılma 5 AZN,
- Bölgələrə göndərmə isə poçt qiymətlərindən asılı olaraq dəyişkəndir.
Qeyd: Bakı daxilində 20 AZN-dən yuxarı sifarişlərdə çatdırılma ödənişsizdir.

